BİZNES

17 İyul

Azərbaycanın ABŞ-a ixracı kəskin artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 260 272,81 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% azdır.

"Fins.az "ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin ilk yarısında Azərbaycandan ABŞ-a ixracın həcmi 30 320,26 min dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.

İdxalın həcmi isə 229 952,55 min dollara bərabər olub ki, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 43,4% azalıb.

Nəticədə, hesabat dövründə 199 632,29 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə iki dəfəyə yaxın azdır. Belə ki, ötən ilin yanvar-iyun aylarında mənfi ticarət saldosu 397 952,38 min dollara bərabər olub.

(c)APA