Bu ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 14 202,26 mln. ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatında bu barədə məlumat verilir.
Məılumata görə,ilin ilk yarısında ixrac 8 811,10 mln. dollar, idxal isə 5 391,16 mln. dollar təşkil edib. İllik ifadədə Azərbaycanın xarici ticarət dövriyyəsi 12%, ixrac 14,6%, idxal isə 8% artıb.
Hesabat dövründə 3 419,94 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötə ilin analoji dövrü ilə müqayisədə 26,8% çoxdur