BİZNES

16 İyul

Tikinti materiallarının qiymətinin yüksəlməsi risklər yaradır

Fins.az xəbər verir ki, Hesablama Palatasının 2021-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatı açıqlayıb.

Bildirilib ki, satınalmalar sahəsində qiymət artımının təsiri ilə bağlı risklər hələ də qalmaqdadır. Məlumatların təhlili bu məsələnin xüsusilə tikinti sahəsi üzrə aktual olduğunu göstərir. Tikinti materiallarının istehsalı üzrə qiymət indeksi son 3 il ərzində (2018 – 12%, 2019 – 17,8%, 2020 – 18,5%, mənbə: Dövlət Statistika Komitəsi) hər il orta hesabla 16% artmışdır. Tikinti materiallarının qiymətinin yüksəlməsi müqavilələrin icra edilməsində və dövlət investisiyalarının son nəticəyə təsiri ilə bağlı risklər yaradır.