Təklif etdiyim masterklasım təqribən 6 saatlıq kontent olacaq. Kontentə startapın ideyasının həyata keçirilməsi, ilkin kapitalın və komandanın toplanması, komandanın genişləndirilməsi zamanı yaranan problemlər və hüquqi tərəflər barədə geniş məlumatlar daxildir. Bununla yanaşı şirkət hansı ölkədə açılmalıdır, investisiya alətləri, vençur fondlarının işləmə prinsipləri, startaplarda ən çox rast gəlinən problem və səhvlər barədə məlumat verəcəm.Uğurlu startap qurmaq üçün lazım olanlar barədə A-dan Z-yə qədər bütün məlumatları verməyə çalışacam. Masterklasımın qiyməti 500 dollardır amma avqust ayına qədər endirimli qiymətdən yaralanaraq 300 dollara da masterklasımı almaq olar.
Bunu "Fins.az"-a açıqlamasında "Voiceloft" startapının rəhbəri Toğrul Səməd deyib.
O satışa çıxardığı masterklası barədə məlumat verərkən " "Bu Masterklas mənim bu sahədə 16 illlik təcrübəmdir. Mən təcrübəmi heç vaxt ödənişsiz bölüşmürəm. Yalnız "Keepface", "Whelp" komandalarına təkbətək məsləhətlər vermişəm və müəyyən dərəcədə istiqamətləndirmişəm. Onlar da mənim istiqamətləndirdiyim yolu təkrarlayaraq uğur əldə edə bilib. Ona görə də fikirləşdim ki, daha çox insanla bütün bu təcrübəni bölüşərək daha çox adamı istiqamətləndirmək lazımdır. Bunu Masterklas formasına gətirmək qərarına gəldim. Masterklaslarda bölüşəcəyim məlumatlar da 16 illik təcrübənin nəticəsi olduğuna görə, mənim üçün kifayət qədər dəyərlidir - deyə qeyd edib .
Toğrul Səməd həmçinin bu satışın rəhbərlik etdiyi "Voiceloft" şirkətinə investiya cəlbi üçün bir eksperment olduğunu vurğulayaraq "Voiceloft" startapıma mümkün qədər daha çox kapital cəlb etmək üçün bu vasitədən də istifadə etmək istədim. Belə ki, masterklasıı satan şirkət "Voiceloft" şirkətidir. Şirkətə maksimum investisiya gətirmək üçün müxtəlif eksprementlər edirəm. Bu masterklas layihəsi də və qarşıdan gələn Voiceloft şirkətimizin kütləvi maliyyələşdirməsini layihəsi də mənim üçün maliyyə ehtiyatlarımızı artırmaq istiqamətində eksprementdən istifadə edirəm - deyə bildirib.
Qeyd edək ki, Toğrul Səməd 2013-cü ildə "Tor Games" komandasını qurub. 2017-ci ildə 5 mln. yükləmə sayı olan "Fatal Fight" adlı oyunu Estoniyanın "İtech Solutions" şirkətinə satıb. Hal-hazırda Dubayda yerləşən "Buglance" şirkətinin təsisçisi və direktorudur.
Müəllif: Aynur Qəniyeva