Bu ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 919,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6% az vəsait yönəldilib.
Fins.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.
Məlumata görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 2,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3% azalıb. Ümumi sərmayənin 4068,9 mln. manatı və ya 68,7%-i məhsul istehsalı sahələrinin, 1 381,5 mln. manatı (23,4%-i) xidmət sahələrinin, 469,0 mln. manatı (7,9%-i) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,6%-i dövlət, 65,4%-i qeyri dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.