BİZNES

14 İyul

Vüqar Süleymanov: Akkord-un Baş Direktoru olduğum üçün qürur duyuram

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib və həmin vaxtdan bugünədək bir çox nailiyyətlərinə görə fərqlənməyi bacarıb. 

Fins.az xəbər verir ki,2015-ci ildə Akkord Korporasiyası 10 illik yubileyini qürurla qeyd etmişdir. Fəxrlə deyə bilərik ki, Cənubi Qafqazda tikinti sektorunun lider şirkətlərdən olan Akkord Korporasiyası qısa müddət ərzində yaşayış binalarının tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin və infrastruktur layihələrinin tikintisi, inşaat materiallarının istehsalı və emalı sahəsində yüksək nailiyyətlər əldə edib.

 Akkord Korporasiyasının baş direktoru Vüqar Süleymanov bildirib ki,1 dekabr 2020-ci il tarixindən etibarən Akkord-un Baş Direktoru olduğum üçün qürur duyuram və əməkdaşlığınızın irəliləməsini ürəkdən gözləyirəm. 2020-ci il cəmiyyətimiz üçün böyük bir dönüş nöqtəsi oldu.