BİZNES

13 İyul

Dəvəli ASC-nin mənfəəti bölüşdürüləcək - Səhmdarlar Toplaşır

“Dəvəli” ASC səhmdarlarının növbəti illik ümu­mi yıgıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, yığıncaq 29 avqust 2021-ci il saat 11.00-da baş tutacaq.

Gündəlikdəki məsələlər :

1. 2019-2020-ci illərin yekunları üzrə cəmiyyətin iki illik fəaliyyətinə qiymət verilməsi.

2. “Dəvəli” ASC-nin 2019 – 2020-ci maliyyə illəri üçün illik hesa­batlarının, mühasibat balansının, mənfəət və ya zərər hesabatları­nın təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi.

3. Zəruri hallarda cəmiyyətə kredit alınması üçün bank kredit təşkilatlarına müraciət edilməsi.

4. Cari məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların səxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Ünvan - Bakı şəhəri,Yasamal rayonu, 2-ci Alatava, Dadaş Bünyadzadə küçəsi 212.

Əlaqə telefonu – (012) 430-83-52.