BİZNES

12 İyul

Azərbaycan qızıl ixracını 37% ARTIRIB

Azərbaycan 2021-ci ilin yanvar-may aylarında dünya bazarlarına 2 min 420,26 kq qızıl ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,7% çoxdur. 

Hesabat dövründə ixrac olunmuş qızılın dəyəri $87 milyon 422,81 min (artım 35,1%) təşkil edib.

Cari ilin yanvar-may aylarında Azərbaycandan $1 milyon 61,04 min dəyərində (artım 2 dəfə) 1 min 383,33 kq gümüş (artım 48,2%) ixrac edilib.

Qızıl ixracının bütün həcmi və gümüş ixracının böyük hissəsi ($1 milyon 3,24 min dəyərində 1 min 213,33 kq) İsveçrənin payına düşüb. Az həcmdə gümüş ($57,8 min dəyərində 170 kq) isə Türkiyəyə ixrac edilib.

2020-ci ildə Azərbaycan $205 milyon 577,52 min dəyərində 4 min 435,97 kq qızıl ixrac edib.