Pakistanın “D.Watson” mağazalar şəbəkəsinin icraçı direktoru Vaqar Zəfər Baxtavari “Gazelli Group”un direktoru Nərmin İsmayılova ilə görüşdə təbii kosmetik məhsulların istehsalı ilə məşğul olan Azərbaycan brendinə böyük maraq göstərdiklərini bildirib. Bu barədə “İslamabad Post” qəzeti yazıb.
Baxtavari şirkətin fabrikləri ilə tanışlıq məsədilə Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib.
Bundan əlavə, N.İsmayılova “Gazelli Group”un məhsullarının tanıdılması üçün Pakistanın bir sıra şirkətləri ilə görüşlər keçirib