BİZNES

12 İyul

İş saatı və əmək haqqı ilə bağlı ittihamlara - “Veysəloğlu”-dan RƏSMİ CAVAB

Son günlər bəzi xəbər saytlarında “Veysəloğlu” şirkətində çalışan əməkdaşların iş saatı və əmək haqqı ilə bağlı tirajlanan iddialar tamamilə əsassızdır.

Fins.az xəbər verir ki, bu barədə “Veysəloğlu” şirkətinin açıqlamasında deyilir. 

Bildirilir ki, “Veysəloğlu” əməkdaşlar ilə qarşılıqlı münasibətlərin tənzimlənməsi prosesində daim Korporativ idarə etmə prinsiplərinə uyğun hərəkət edir, şirkət əməkdaşları əmək bazarında rəqabətə davamlı əmək haqları ilə təmin olunur və iş vaxtları əmək qanunvericiliyinə əsasən tənzimlənir. 

Açıqlamada eyni zamanda "Kütləvi İnformasiya Vasitələrindən (KİV) bu kimi xəbərləri yayımlandan öncə tərəfimizdən mövqe öyrənilməsini xahiş edirik"-deyə qeyd olunub. 

Müəllif:Aynur Qəniyeva