BİZNES

09 İyul

Azərbaycanın bu bölgəsində ümumilikdə 193 elektron imza verilib

Naxçıvan Muxtar respublika üzrə cari ilin ilk 6 ayı ərzində 78 dövlət qurumu,  38 hüquqi şəxs, 73 sahibkar və 4-ü vətəndaş olmaqla, ümumilikdə 193 nəfərə elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Fins.az xəbər verir ki,elektron imzadan bütün vətəndaşlar, fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları istifadə edə bilərlər. Elektron imzanı almaq üçün  qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır.

Qeyd edək ki, sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu dövlət qurumları üçün 58 AZN, hüquqi şəxslər üçün 72 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir,  istifadə müddəti isə 3 ildir.

Müəllif: Aynur Qəniyeva