BİZNES

09 İyul

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Fins.az" xəbər verir ki, Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib, Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.