BİZNES

08 İyul

Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

166 Yükdaşıma və Logistika şirkəti növbəti yay təcrübə proqramına start verir! 

Dördüncü kurs tələblələri, bakalavr təhsilini 2021-ci ildə bitirənlər və ya magistr dərəcəsi üzrə təhsil alan namizədlər “166 Logistika Akademiyası - 2021” yay təcrübə proqramına müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər. 

166 Logistika Akademiyası – 2021 yay təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:  

  • İnsan Resursları
  • Nəqliyyatın İdarə Olunması
  • Marketinq və Biznesin İnkişafı
  • Qrafik Dizayn
  • E-kommersiya
  • Data Analitikası
  • Hüquq
  • Maliyyə və Mühasibatlıq
  • Korporativ Əməliyyatlar
  • Çağrı Mərkəzi
  • Korporativ Satış
  • İnformasiya texnoloqiyaları
  • Təchizat
  • Müştəri məmnuniyyəti

Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sənədlərin son qəbul tarixi: 31.07.2021

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub və 43 nəfər uğurla tamamlayaraq şirkətdə işlə təmin edilib.