BİZNES

08 İyul

Beynəlxalq Biznes Forumda iştirak edəcək sahibkarların sayı AÇIQLANIB

“Bu il Bakıda keçirilməsi planlaşdırılan Beynəlxalq Biznes Forumda (IBF) 2 500-ə yaxın iş adamını bir araya gətirməyi planlaşdırırıq”.

Fins.az xəbər verir ki, bunu "Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi”nin (MÜSİAD) İdarə Heyətinin sədri Abdurrahman Uzun deyib.

Xatırladaq ki, tədbirin keçirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBIA) və IBF arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.

“Bu forum 2 ildən bir keçirilir, 2 il əvvəl Bosniya Hersoqovinada baş tutmuşdu”, - deyə A.Uzun əlavə edib.

(c)Report