BİZNES

08 İyul

Fərhad Əhmədovun şirkəti səhmdarlarına dividend ödəyəcək

27 avqust 2021-ci il tarixində Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Fins.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

 1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2020-ci il üçün illik (maliyyə) hesabatları barədə.

2. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2020-ci maliyyə -tasərrüfat ilinin yekunlarına görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “AzNar” QSC-nin baş direktorunun 2020-ci il üçün konsalidə edilmiş hesabatının təsdiq edilməsi barədə.

 4. Teymur Əhmədov adına “AzNar” QSC-nin restrukturizasiyası ilə bağlı təşkilatı məsələlər barədə.

Yığıncaq Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda keçiriləcəkdir.

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı azərbaycan əsilli milyarder Fərhad Əhmədovdur. “AZNAR” QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.

Teymur Əhmədov adına “AZNAR” QSC “Grante” ticarət nişanı ilə meyvə və giləmeyvə şirələri, kampotlar və narşərab istehsal edir.