BİZNES

05 İyul

Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmi

İyun ayında “TURKUAZ” layihəsi çərçivəsində hər iki istiqamətdə ümumilikdə 222 konteyner daşınıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Konteyner”dən verilən məlumata əsasən, ötən ay Azərbaycandan Türkiyəyə dörd konteyner blok qatarında əsasən, kimya sənayesi məhsulları ilə yüklənmiş 82 konteyner yola salınıb.

Azərbaycandan Türkiyəyə bu müddət ərzində TURKUAZ exspres blok qatarları ilə ümumilikdə 2 214 ton yük daşınıb. Bu layihə çərçivəsində ötən ay Türkiyədən Azərbaycana beş blok qatarda 140 konteynerlə ümumilikdə 3 780 ton yük çatdırılıb. Konteynerlərlə Türkiyədən Azərbaycana əsasən kimya sənayesi məhsulları, inşaatda istifadə edilən materiallar və şəkər tozu gətirilib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac-idxal yükləri daşıyan qatarların müntəzəm olaraq fəaliyyət göstərməsi həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminə əhəmiyyətli təsir göstərib. Belə ki, bu ilin altı ayı ərzində BTQ ilə artıq 11 084 TEU konteyner daşınıb ki, bu rəqəm 2020-ci il ərzində daşınan konteynerlərin ümumi sayına (11 748 TEU) yaxındır.