BİZNES

02 İyul

Son bir ilin ən böyük xalçası kəsildi

Bu gün “Azərxalça”- nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Fins.az xəbər verir ki, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub. 

Məlumata görə,Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir  emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Müəllif: Aynur Qəniyeva