BİZNES

02 İyul

Alman-Azərbaycan Xarici Ticarət Palatası -dan üzv şirkətləri üçün növbəti “AHK İmpuls” tədbiri

“AHK Azərbaycan”ın icraçı direktoru Tobias Baumannın açılış nitqindən sonra sonra “Ameco” MMC-nin laborator avadanlıq üzrə mütəxəssisi Səbinə Qafarova yeni ekspress “COVID-19” anticisim testlərini təqdim edib.
Sonra tədbirin fəxri qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış edib.
H.Məmişov Fondun fəaliyyət istiqamətləri, əhalinin sosial müdafiəsi, o cümlədən pensiya təminatı sistemlərinin gücləndirilməsi istiqamətində atılan addımlar, sosial təminat sistemində şəffaflığının təmin edilməsi, səmərəliliyin artırılması məqsədilə görülən işlər barədə məlumat verib. O, eyni zamanda sosial təminat sahəsində son dövrlərdə Azərbaycanda həyata keçirilən islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və sözügedən sahənin təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritet hədəflərdən danışıb. 
Tədbirdə “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlüklər vurğulanıb. Qeyd olunub ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırıb. Bundan başqa, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaradıb.