Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin məlumatına əsasən, Rusiya şirkətləri bu istiqamətdə böyük təcrübəyə malikdir və Azərbaycan tərəfinin texnologiya tərəfdaşı qismində iştirak etməkdə maraqlıdırlar.
Nazirlikdən bildiriblər ki, iki ölkə arasında uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq qurulub və telekommunikasiyalar, biznes proseslərinin avtomatlaşdırılması, səsli və multimodal biometriyanın tətbiqi sahələrində layihələr reallaşdırılır.