BİZNES

01 İyul

“Bir Pəncərə” vasitəsilə həyata keçirilən ixracın dəyəri AÇIQLANIB

2021-ci ilin yanvar-iyun aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $101,7 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Yanvar ayında bu göstərici $8,8 milyon, fevralda $20,1 milyon, martda $18,4 milyon, apreldə $17,1 milyon, mayda $15,3 milyon, iyunda $22 milyon təşkil edib.

2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 30% artıb.

Mərkəzin məlumatına görə, iyun ayında ixracın həyata keçirildiyi ölkələrin ilk beşliyinə Aİ ölkələri (61,3%), MDB ölkələri (13,2%), Türkiyə (18,3%) və ABŞ (0,2%) daxil olub.

İyun ayında əsasən qiymətli metal külçələri (60,3%), polad boru yayması (31,1%), süd məhsulları (4,2%) və meyvə şirələri (1,8%) ixrac olunub.

Bu dövrdə yüklərin əsas hissəsi (60,4%) hava nəqliyyatı, 29,6%-i avtomobil nəqliyyatı, 8,7%-i dəmir yolu, 1,3%-i isə digər nəqliyyat növləri ilə ixrac olunub.

2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.