BİZNES

25 İyun

Azəbaycanda tikinti şirkəti ləğv edilir - TOPLANTI

“Sosialtikinti” ASC ləğv ediləcək. 

Fins.az xəbər verir ki, iyulun 9-da “Sosialtikinti” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər:

1. 2020-ci ilin illik hesabatı və maliyyə hesabatlarının təsdiq edilməsi.

2. Cəmiyyətin ləgv olunması barədə.

3. Ləğvetmə komissiyasının yaradılması barədə.

4. Digər məsələlər.

Müzakirəyə verilmiş məsələlərə aid sənədlərlə tanış­lıq üçün həftənin I-V günləri saat 10.00-dan 16.00-dək cəmiyyətə müraciət etmək olar.

Ünvan- Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66.

Əlaqə telefonu- 012–570–05–24.