BİZNES

24 İyun

Azərbaycanda Professional Business Camp Vol1 təşkil edilir - İŞTİRAK SƏRBƏSTDİR 

 Azərbaycanda ‘’Professional Business Camp Vol1’’ təşkil edilir

Fins.az xəbər verir ki, Hoffman Co bu kampı Azərbaycanda Korporativlər, İş Adamları, Biznesə başlamaq istəyənlər üçün təşkil edir. Kampda təlimlər Professional İnstruktor İlkin Qarayev tərəfindən keçiriləcək Biznes kampın  Qusarda 5 ulduzlu “Shahdag Resort Hote”l-də   2 gün ərzində keçirilməsi nəzərdə tutulub.

Bildilir ki, professional Business Camp iştirakçıların sahibkarlıq üzrə yeni praktiki biliklərini tətbiqini artırmağı və inkişaf etdirməyi hədəfləyir. İştirakçılar, biznes həyatında real keyslər və problemlər ilə qarşılaşarkən bu problemləri həll etmək üçün yolları, riskləri idarəetməyin üsullarını  öyrənəcəklər. Bu Kampda iştirakçılar bir iş ideyasını komanda işinə uyğun olaraq bir şirkətə çevirmək üçün bütün qaynaqlardan istifadə edərək öz biznes modellərini və iş planlarını inkişaf etdirə biləcək.

Qeyd edək ki, Hoffman Co, 2014-cü il sentyabr tarixində təsis edilib. Hazırda Azərbaycanın aparıcı Beynəlxalq Biznes Məktəblərindən biridir. Hoffman Co yerli və xarici tələbələr üçün eyni zamanda biznes mühiti üçün ilk seçimdir. Şirkət biznes təlimləri, konfrans və seminarlar, onlayn vebinarlar, onlayn və offline kurslar təşkil edirik və ən əsası şirkətlər üçün konsaltinq xidmətləri göstərir.

’Professional Business Camp Vol1’’-da iştirak və əlavə məlumat üçün //baki.kobim.az/az/experts/ilkin-qarayev ) müraciət edə bilərsiniz.