2021-ci ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 406 milyon 222 min 200 manat vəsait yönəldilib
Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi məlumat yayımlayıb
Məlumata görə, bu da bir il öncəki göstəricidən 0,4 % çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 390 milyon 105 min 400 manatı və ya 96 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.
Müəllif:Aynur Qəniyeva