BİZNES

21 İyun

Azərbaycanda bu qurumlar ƏDV-dən azad olunub-DƏYİŞİKLİK

Azərbaycanda dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib.

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”na daxil edilib.

Fərmanın mətni bu gün dövlət başçısının saytında dərc olunub