BİZNES

21 İyun

Azərbaycanda yeni qeydiyyatdan keçən kommersiya qurumlarının sayı - 27% ARTIB

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Fins.az Dövlət Vergi Xidmətinin verdiyi məlumata istinadən xəbər verir ki,hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən (97,9%) kommersiya qurumlarının hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 7,7% artaraq 138 803, qeyri-kommersiya qurumlarının sayı isə 1,4% artaraq 15 793 vahid təşkil edib. Cari ilin 5 ayında 4 573 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,2% çoxdur. Yanvar-may aylarında kommersiya qurumlarının dövlət qeydiyyatının 83,3%-i elektron qaydada, 16,7%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında həyata keçirilib.