BİZNES

21 İyun

Mikayıl Cabbarov:Bu sığorta haqları üzrə daxilolmaların icrası olaraq 111% təşkil edib

2021-ci ilin yanvar-may aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 531 mln. manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 52,4 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəmi tvitter hesabında yazıb.

O bildirib ki,5 ayda bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 111% və 109,6% təşkil edib. Qeyri büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13,6% və 15,9% artıb.

Müəllif:Aynur Qəniyeva