BİZNES

21 İyun

Azərbaycanda vergi ödəyicilərinin ümumi sayı artıb - DƏQİQ SAY 

2021-ci ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.260.629 vergi ödəyicisinin 87,7%-i fiziki, 12,3%-i faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Fins.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 16,5% artıb ki, bunun da 94,3%-i fiziki, 5,7%-i isə hüquqi şəxslərin hesabına baş verib.

2021-ci ilin son üç ayında (mart, aprel və may ayları) ardıcıl olaraq qeydə alınan vergi ödəyicilərinin sayında artım müşahidə edilməkdədir.

Müəllif:Aynur Qəniyeva