BİZNES

21 İyun

Mikayıl Cabbarovdan vergi daxilolmaları ilə bağlı AÇIQLAMA

İqtisadi inkişaf-a stimul yaradan mütərəqqi vergi sistemi-nin tətbiqi müsbət nəticələr verir. Bu ilin yanvar-may aylarında dövlət büdcəsi-nə vergi daxilolmaları 3,8 mlrd. manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1% icra edilib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov rəmi tvitter hesabında yazıb.

O fikirlərinin davamında "Artım əsasən qeyri neft qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd. 754 mln. manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln. manat ödənilib."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva