BİZNES

18 İyun

Azərbaycanda nə qədər yaşayış evi istifadəyə verilib?

Azərbaycanda bu il istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsində kəskin azalma qeydə alınıb.

Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkədə ümumi sahəsi 772,7 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 68,7% azdır.

Təkcə may ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 10% artaraq 152,6 min kvadrat metr təşkil edib, illik ifadədə isə bu göstərici 6% azalıb.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında yaşayış evlərinin tikintisinə 371,6 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 28,3% azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da əvvəlki illə müqayisədə 47,6% azdır.

(c)Apa