BİZNES

18 İyun

Mikayıl Cabbarov Türkiyənin ən böyük holdinqlərindən biri ilə müqavilə bağladı

Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu Holdinq”i arasında Anlaşma Memorandumu imzalanıb.

Fins.az  xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycan iqtisadiyyatının bir sıra sahələrinə, o cümlədən tekstil sənayesinə sərmayə qoyuluşuna, Türkiyə ilə iqtisadi əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək.

“Həyata keçiriləcək layihələr müasir texnologiyaların tətbiqinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına əlavə imkanlar yaradacaq”, - deyə nazir qeyd edib.