BİZNES

18 İyun

Ələt Azad İqtisadi Zonasının rəhbərindən sahibkarlarla əməkdaşlıq barədə AÇIQLAMA

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə sahibkarlar üçün Ələt Azad İqtisadi Zonasının təqdimatı keçirilib. 

Fins.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti. M.Musayev Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb ticarət marşrutlarının mərkəzində, eləcə də böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Azad Ticarət Zonasının iqtisadi səmərəliliyini artırmaqla, onun Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə, Yaxın Şərq bazarlarına xidmət etməsinə imkan verəcək.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov öz çıxışında "Ələt Azad İqtisadi Zonası regionda ən yaxşı şərait və şərtlər əsasında işləyəcək və idarə olunacaq. İşləmək istəyən hər bir sahibkara vaxt ayırmağa, daha geniş məlumatlar verməyə hazırıq"-deyə qeyd edib. 

Qeyd edək ki, görüşdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin direktor müavini Natiq Həsənov, ASK-nın vitse-prezidentləri Vüqar Abbasov, Vüqar Zeynalov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun biznesin inkişafı üzrə meneceri Xavər Baharova  və 100-dək sahibkar iştirak edib.

Müəllif:Aynur Qəniyeva