BİZNES

17 İyun

Azərbaycanla Belarusun ticarət dövriyyəsi 176 milyon dollara çatır

Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxın olub

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar-may aylarında Belarusdan Azərbaycana ixracın dəyəri 50,6 milyon dollar, ölkəmizdən Belarusa isə 125,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 313 milyon dolları ötüb. Bu da 2019-cu illə müqayisədə 86 milyon dollar çoxdur.