BİZNES

14 İyun

Bu nazirliyin Çağrı Mərkəzinə 1946 müraciət daxil olub

Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 1946 müraciət daxil olub. Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, verilməsi və həmçinin Nazirliyin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub.

Fins.az xəbər verir ki,daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.