Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Sertifikat Xidməti Mərkəzi saxtakarlıqdan qorunmaq üçün elektron imza ilə işləyərkən əməl edilməli olan qaydaları açıqlayıb.
Fins.az xəbər verir ki, rəqəmsal təhlükəsizlik ekspertləri potensial risklərlə bağlı 5 əsas məqama xüsusi diqqət yetirilməsini tövsiyə edirlər:
- Elektron imza üçüncü tərəfə ötrülməməli;
- PİN zərfdə təqdim edilən sertifikatın parolu gizli saxlanılmalı, yaxud da sahibinin istəyinə uyğun olaraq yenisi ilə əvəzlənməli;
- İstifadə zərurəti olmadığı halda, imza vasitəsi cihaza qoşulu saxlanılmamalı, yaxud kompüterdən uzaqlaşan zaman ekranı kilidləməli (“Windovs+L”);
- İmza vasitəsi (Smart kart, USB token) itibsə, dərhal 157 zəng mərkəzi ilə əlaqə saxlanılaraq deaktiv etdirilməli;
- İşdən azad olunan əməkdaşın e-imza sertifikatını ləğv etmək üçün SXM-ə müraciət edilməli;
Qeyd edək ki, Məlumat Hesablama Mərkəzi tərəfindən verilən elektron imza sertifikatı 3 il müddətinə etibarlıdır.
Vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumunun nümayəndələri e-imza daşıyıcısı əldə etmək üçün digər rəqibləri ilə müqayisədə, daha sərfəli, daha təhlükəsiz imza vasitəsini e-imza.az saytı üzərindən onlayn sifariş edə bilər.
Müəllif:Aynur Qəniyeva