Azaldılma istiqamətində Sosial Müdafiə Fonduna ayırmaların sahəsini qeyd etmişik.
Fins.az xəbər verir ki, AMCHAM-ın Vergi və Gömrük Komitəsinin sədri Ceyhun Məmmədov deyib.
O bildirib ki, əməkhaqqı ödənişləri ilə bağlı biz həm gəlir vergisi həm digər ödəmələr bu Sosial Müdafiə Fonduna ayırma,İşsizlik Fonduna ayırma və məcburi tibbi sığorta ödənişlərini əhatə edir.Gəlir vergisi ilə bağlı tətbiq olunan fərqli vergi dərəcələrinə münasibətimiz bildirilib.
Ceyhun Məmmədov əməkhaqqı xərclərinin azaldılmasına da toxunaraq bu sahədə verilən təklifləri səsləndirərək" Orada 4 ödənişlər söhbət gedir.Azaldılma istiqamətində Sosial Müdafiə Fonduna ayırmaların sahəsini qeyd etmişik.Apardığımız analiz nəticəsində biz görürük ki,həqiqətən də əməkhaqqı xərclərinin bizim ölkədə digər qonşu ölkələr və region ölkələri ilə müqayisədə nisbətən yüksək olmasının səbəblərindən biri də budur.O sahədə təkliflərimizi vermişik.Gəlir vergisi ilə bağlı ölkədə vergi dərəcələri üzrə fərqli şkalalar tətbiq olunur.Bununla bağlı öz münasibətimizi bildirmişik."-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva