Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə dair Ağ Sənədinin növbəti nəşrini təqdim olunub
Fins.az xəbər verir ki, Ağ Sənəd Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur.
Sənəd iki hissədən ibarətdir - ümumilikdə Ağ Sənəddə əks olunan məsələləri əhatə edən “Giriş” hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən “Tövsiyələr” hissəsi. Əvvəlki illərdə tərtib edilmiş Ağ Sənədlərdə əks olunan tövsiyələr dövlət proqramlarına əlavə edilib və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnmişdir ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsir göstərib.
Müəllif:Aynur Qəniyeva