BİZNES

09 İyun

Ülvi Mehdiyev CISCO rəsmisi ilə e-hökumətlə bağlı əməkdaşlığı müzakirə edib 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "CISCO"nun Rusiya, MDB və Rumıniya üzrə vitse-prezidenti Conatan Sparrou ilə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayımlayıb. 

Məlumata görə, Ülvi Mehdiyev “CISCO” şirkəti ilə Dövlət Agentliyi arasındakı əməkdaşlığın uğurlu nəticələrini və gələcək perspektivlərini qeyd edib. Eyni zamanda E-hökumət, eləcə də sosial innovasiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə mövcud əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə olunub.