BİZNES

08 İyun

Mikayıl Cabbarov TRACECA rəsmisi ilə görüşüb.

Azərbaycan İqtisadiyat naziri Mikayıl Cabbarov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayevlə görüşüb.

Fins.az xəbər verir ki, bu barədə nazir "Twitter" hesabında yazıb.

O qeyd edib ki, görüşdə beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması rəqəmsallaşmanın tətbiqi ilə daşımaların effektivliyinin yüksəldilməsi müzakirə olunub.

Tərəflər həmçinin əməkdaşlığın  genişləndirilməsi məsələlərini də nəzərdən keçiriblər.