BİZNES

08 İyun

Mikayıl Cabbarovdan ixracla bağlı AÇIQLAMA

Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir. 2021-ci ilin yanvar-may aylarında  qeyri neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artaraq 908 mln. dollar təşkil edib.
Fins.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb 

O qeyd edib ki,cari ilin ilk 5 ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6% artıb.

Müəllif:Aynur Qəniyeva