BİZNES

08 İyun

Sahibkarlığın İnkişafı Fondu 57,702 min manatlıq xidmət ALIR

Sahibkarlığın İnkişafı Fondu (SİF) bir sıra xidmətlərin göstərilməsi üçün məsləhətçi cəlb edib.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Deloitte Touche” şirkəti ilə aşağıdakı işlərin yerinə yetirilməsi haqqında müqavilə bağlanıb: “Fondun vəsaitlərinin dövriyyəsinə nəzarət proqramı”na texniki dəstəyin göstərilməsi; “İdarəetmənin avtomatlaşması üzrə yeni proqram təminatının hazırlanması və mövcud proqram təminatlarının vahid mərkəzə birləşdirilməsi”; Sahibkarlığın İnkişafı Fondunun daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin göstərilməsi.

Müqavilənin dəyəri 57,702 min manatdır.