BİZNES

25 May

MİDA üçün ayrılan pulun 50 milyon manatı istifadəsiz qalıb

Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) 2020-ci ilin dövlət büdcəsindən 90 milyon manat ayrılıb.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəyə istinadən verilən məlumata görə, sözügedən məbləğin 70 mln. manatı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışı üçün ayrılıb.

MİDA üçün ayrılmış 70 milyon manat vəsaitin 20 milyon manatı güzəştli ipoteka istifadə olunub, ilin sonuna 50 milyon manat istifadəsiz qalıb.

(c)APA