BİZNES

18 May

Dövlət qurumları xarıcdən mal almağı – KƏSKİN AZALDIBLAR - TARİXİ MİNİMUM

Azərbaycanın xarici ticarət əməliyyatında ölkəyə idxalda dövlətin payı 2021-ci ildə minimum həddə düşüb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk 4 ayında (yanvar-aprel) dövlət sektoru 315 milyon 256 min dollarlıq idxal əməliyyat aparıb ki, bu da həmin dövrdəki ümumi idxalın cəmi 8,93%-ni təşkil edib.

Ümumiyyətlə 2021-ci ildə dövlət sektorunun idxalda payı 9%-ə çatmayıb. Yanvar ayının nəticələrinə görə, bu göstərici 8,51%, yanvar-fevralda 8,31%, yanvar-martda 8,21% təşil edib.

Dövlət Gömrük Komitəsinin hesabat açıqladığı 2011-ci ildən indiyədək dövlət sektorunun idxalda payı bu qədər aşağı olmayıb.

Son 10 ildə dövlət sektorunun idxalda payı yalnız 3 il 30%-dən artıq olub. Bunlar 2011, 2013 və 2019-cu illərdir – 30-35%.

Dövlətin idxalda ən aşağı payı olduğu illər isə devvalvasiya və ondan sonrakı iki il (2015-2017) illər idi. Bu illərdə dövlət qurumların ümumi illik idxalının həcmi 1,2-1,6 milyard dollar, ümumi idxalda payı isə 13-18% arasında olub. 

İllər

Dövlət sektoru

İdxalın həcmi

Ümumi idxalda payı

2011

3 404 252 min dollar

34,9%

2012

2 052 781 min dollar

21,3%

2013

3 283 450 min dollar

30,6%

2014

2 340 511 min dollar

25,5%

2015

1 639 754 min dollar

17,8%

2016

1 232 233 min dollar

14,4%

2017

1 190 557 min dollar

13,6%

2018

2 635 204 min dollar

23,0%

2019

4 132 500 min dollar

30,2%

2020

1 796 111 min dollar

16,7%

2021-ci ildə isə dövlət sektorunun idxalı kəskin azalıb. İlk 4 ayda bu rəqəm 9%-dən aşağı olub. Özü də bu mövsümi faktorlarla bağlı deyil. Azərbaycanın xarici ticarətində son 4 ildə ilk 4 ayda idxal 12-39% arasında dəyişib.

2021-ci il (ilk 4 ay) – 315 256 min dollar – 8,93%

2020-ci il (ilk 4 ay) - 18,2%

2019-cu il (ilk 4 ay) - 39,1%

2018-ci il (ilk 4 ay) - 16,8%

2017-ci il (ilk 4 ay) - 12,5%

Hələlik, dövlətin idxaldakı payının belə azalmasının səbəbi dəqiq məlum olmasa daö. Böyük ehtimalla bu dövlət xərclərinin nəzarətə götürülməsi, satınalmalarda daxili mal və xidmətlərə üstünlük verilməsi, dövlət təşkilatlarını iştirakçısı olduğu iri layihələrin bəzilərinin tamamlanması ilə bağlıdır.