BİZNES

08 May

Belarus şirkəti Azərbaycanın kassa sistemini təkminləşdirəcək

Dövlət Vergi Xidməti "Proqram-kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi" proqram təminatının təkmilləşdirilməsi və texniki dəstəyin göstərilməsi ilə bağlı tenderin qalibini müəyyən edib.

Fins.az  xəbər verir ki, bu barədə qurumun elanında deyilir.

Məlumatda bildirilir ki, tenderin qalibi Belarus şirkəti olan "Nuqa Development" MMC-dir. Şirkətlə 986 min 382,52 manat məbləğində müqavilə bağlanıb.

Müəllif:Aynur Qəniyeva