BİZNES

08 May

Bu qurum da bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

9 May – Qələbə Günü və Ramazan Bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Fins.az  xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda bildirilir.  Qeyd olunur ki, bununla əlaqədar nazirliyin strukturuna daxil olan qurumlara və tabeliyindəki qurumlara tapşırıqlar verilib.

Vurğualanır ki, bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.