BİZNES

08 May

AZPROMO və Çexiya Nanotexnologiyalar Assosiasiyasının əməkdaşlığı-MÜZAKİRƏ

Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının məhsullarının təqdimatına dair videokonfrans keçirilib.

Fins.az xəbər verir ki, Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının rəhbəri Jiri Kus qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd tekstil sənayesi, biotexnologiya, optik və nanotexnologiya sahələrində fəaliyyət göstərən çex şirkətlərini bir araya gətirmək, həmin şirkətlərin tədqiqatlarını təqdim etmək, həmçinin tədqiqat və ticarət sahələri arasında əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.

Tədbirdə Nanotexnologiyalar Assosiasiyasının “Ağıllı şəhər”lər üçün tətbiq olunan nümunələri nümayiş olunub.

“ChezTrade”in Bakı ofisinin direktoru Pavel Zelenka çex iş adamlarının Azərbaycanın biznes mühitinə marağı və azərbaycanlı həmkarları ilə əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.

Videokonfransda AZPROMO və Çexiyanın Nanotexnologiyalar Assosiasiyası arasında əməkdaşlıq məsələləri müzakirələr edilib