BİZNES

05 May

\" \"ƏDV geri al\" layihəsinin başlamasından indiyədək vətəndaşlara 70 mln. manatdan çox vəsait qaytarılıb\"

"ƏDV geri al" layihəsinin başlamasından indiyədək vətəndaşlara 70 mln. manatdan çox vəsait qaytarılıb.

Fins.az  xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, layihənin başlanmasından bir il ötür: "İqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var".