BİZNES

05 May

Bu şəxslərə vergi güzəştləri tətbiq ediləcək - 400 MANAT AZALDILACAQ

Gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Yeri düşmüşən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrımanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

(c)APA