2021-ci ilin yanvar-mart aylarıda “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
Fins.az xəbər verir ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2021-ci ilin mart ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 2,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Müəllif:Aynur Qənyeva