BİZNES

28 Aprel

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlər 27,6% AZALIB

2021-ci ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 656,1 milyon manat olub.

Fins.az xəbər verir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,6% azalmanın göstəricisidir.

Məlumatda qeyd olunur ki,hüquqi şəxslər tərəfindən əhaliyə 408,3 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 62,2%-ni təşkil edir. 

Müəllif: Aynur Qəniyeva