BİZNES

21 Aprel

Bu şəxslərə vergi güzəştləri ediləcək - Qərar

Nazirlər Kabineti “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, sözügedən sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları övladlığa götürən şəxslərdən birinə əməkhaqqından tutulan vergi hesablanarkən güzəşt tətbiq olunacaq.

Güzəşt tətbiq edilərkən övladlığagötürmə barədə məhkəmə qərarının surətini təqdim etmək lazım gələcək.